ABŞ polisi etirazçılara qarşı odlu silah istifadə etməyi tələb edir
Sizinyol xarici mediaya istinadən xəbər verir:
ABŞ-ın yüksək səviyyəli rəsmiləri etirazçılara qarşı odlu silah istifadəsi ilə bağlı tədqiqat aparır.
News week-in verdiyi məlumata görə, ABŞ-ın yüksək səviyyəli polis məmurları ölkələrindəki etirazçılarla qarşı odlu silah istifadəsini araşdırmaq üçün ABŞ Milli Qvardiyasına bir tələb göndərmişlər.
ABŞ polisi tərəfindən istənilən bu tip silah qurbanın dərisində ciddi bir yanma hissi keçirməsinə səbəb olur.
ABŞ-ın Minneapolis şəhərindən qaradərili vətəndaş Corc Floyd ağdərili bir polis zabiti tərəfindən vəhşicəsinə öldürüldü. Bu dəhşətli hərəkət ABŞ-ın müxtəlif bölgələrində geniş nümayişlərə səbəb oldu. Etirazlar o qədər böyük idi ki, hətta ağdərililər də orada iştirak edirdi.
Qeyd etmək lazımdır ki, Milli Qvardiyanın odlu silahı yoxdur və onun istifadəsinə icazə verilmir.
ABŞ rəsmiləri bu tələbin nümayişçilərin polis məmurlarına daşlarla hücum etməsi səbəbindən edildiyini bildirir, ancaq oradakı jurnalistlər bu iddiaları rədd edir.
Eyni zamanda Gizli Xidmət Tramp və ailəsinin həyatını qorumaq üçün Ağ Evin ətrafındakı küçələri bağladığını açıqladı.
Tramp ABŞ valilərinə iğtişaşlar qarşısında zəif olduqlarını söylədi və digər əyalət qubernatorlarını daha çox nümayişçini həbs etməyə çağırdı.