ABŞ polisi kişini qətlə yetirdi: Etirazlar başladı

ABŞ polisi kişini qətlə yetirdi: Etirazlar başladı

Az.shafaqna.com “Fox News”-ə istinadən xəbər verir ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində etiraz aksiyaları başlayıb.

Buna səbəb isə polisin bir kişini qətlə yetirməsidir.

Şəhərin polis idarəsinin dediyinə görə, 30 dekabrda həmin kişi – polislərin keçirdiyi avtomobil yoxlaması zamanı baş verən atışma zamanı öldürülüb. İddia edilir ki, ilk atəşi şübhəli açıb və cavab atəşi nəticəsində ölüb.

Polisin məlumatına görə, ölən şəxs şəhər yanacaq-dolduma məntəqələrindən birində hüquqa zidd hərəkətin törədilməsində şübhəli bilinirdi və elə bu da yoxlamanın keçirilməsinə səbəb olub.

Atışmadan az sonra hadisə yerinə 100-ə yaxın etirazçı toplaşaraq oradakı polislərin ünvanına şüarlar səsləndirməyə və onlara qar atmağa başlayıb.

İndiki insident polisdə – Corc Floydun boğularaq qətlə yetirilməsindən sonra başlayan hadisələrin təkrarlanması ilə bağlı qorxuya səbəb olub.

Xatırladaq ki, Floyd 25 mayda Minneapolis şəhərində polis tərəfindən diz ilə boğularaq qətlə yetirilib. Floyd boğulduğunu dəfələrlə təkrar etsə də, polislər onun bu yardım səslənişlərini qulaqardı ediblər. Bunda sonra isə ölkənin çox sayda ştatlarında qaradərili insanların hüquqları naminə kütləvi etiraz aksiyaları başladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 12 =