ABŞ polisi yenə bir qaradərilini öldürdü

ABŞ polisi yenə bir qaradərilini öldürdü

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İrqi azlıqlara qarşı başqa bir cinayətdə ABŞ polisi qaradərili bir gənci evinin qarşısında güllələdi.

ABŞ-ın Ohayo əyalətinin polisi qaradərili bir gənci evinin qarşısında vuraraq öldürdü. İndependent-in verdiyi məlumata görə, Ohayo ştatının Columbus şəhərinin şerif müavini qaradərili Amerika vətəndaşı Casey Godseni odlu silahı olduğunu iddia edərək güllələyib.

23 yaşlı qaradərilinin ailəsi diş həkimindən qayıdarkən Godsenin əlində sendviç tutduğunu bildirərək onun arxadan vurulduğunu söyləyib və polis iddiasını rədd edib.

Ohayo Prokurorluğu çərşənbə axşamı Federal Təhqiqat Bürosu (FTB) və Ədliyyə Nazirliyinin Mülki Hüquqlar Şöbəsi ilə işi araşdıracaqlarını açıqladı. Ancaq bu bölgədəki polis məmurlarının paltarında və polis maşınının panelində kameralar quraşdırılmamışdır və nəticədə bu qətllə bağlı kifayət qədər dəlil yoxdur.

Minneapolis şəhərində bir polis məmuru tərəfindən “Corc Floyd” adlı bir qaradərili gəncin öldürülməsindən sonra, ABŞ-da bu yay polis şiddətinə və irqçiliyə qarşı etirazlar artdı.

Bu etirazlar nəticəsində başqa ölkələrdə insanlar da nümayişlər və yürüşlər təşkil etdilər. Portland, Sietl və Çikaqo da daxil olmaqla ABŞ-ın müxtəlif şəhərlərindəki etiraz aksiyalarının məruzələri və görüntüləri, polisin nümayişçilərə qarşı etdiyi şiddəti göstərirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + nineteen =