ABŞ, Polşa, Litva və Ukrayna birgə hərbi təlim keçirəcək
ABŞ, Polşa, Litva və Ukryana hərbçilərinin iştirakı ilə iyulun 17-dən 30-dək “Üç Arzu-2021” adlı təlim keçiriləcək.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Təlimlər 1 200 hərbçi, 200-dən artıq hərbi texnikanın iştirakı ilə Lvov vilayətinin Yavorov poliqonunda baş tutacaq.
Qeyd edək ki, ötən həftə Ukrayna, ABŞ və 30-dan çox dövlətin iştirakı ilə Qara dənizdə hərbi təlimlər başlayıb.
Report