ABŞ Prezidenti Donald Tramp 12 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağası tətbiq etdi!


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Afrika və Yaxın Şərq mənşəli 12 ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan edən qərarı imzalayıb. 5 iyun 2025-ci ildə imzalanan bu qərar, miqrant siyasəti ilə bağlı gərginliyin artdığı bir dövrdə qüvvəyə minib.
Qadağa tam şəkildə Əfqanıstan, Haiti, Sudan və Yəmən vətəndaşlarına tətbiq edilib, digər 8 ölkənin vətəndaşları isə məhdud giriş icazəsi ilə qarşılaşıb. Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına isə qismən səyahət məhdudiyyətləri qoyulub.
Tramp-ın qərarı Los-Ancelesdəki etirazlarının üçüncü günündə qüvvəyə minib. Etirazçılar ABŞ-dakı miqrantlara dəstək vermək üçün küçələrə çıxıb, bu nümayişlər getdikcə daha da gərginləşib.
ABŞ hökuməti, “ölkənin təhlükəsizliyinə təhdidlər” səbəbilə bu qadağanı tətbiq etdiyini açıqlayıb. Tramp, Ağ Evin X sosial media hesabında paylaşım edərək, “Bizə zərər vermək istəyən insanların ölkəmizə girməsinə icazə verməyəcəyik” ifadəsini işlədib.
Tramp administrasiyası, səyahət məhdudiyyətlərinin gələcəkdə yenidən nəzərdən keçiriləcəyini və yeni təhlükələr ortaya çıxdıqca siyahıya yeni ölkələrin əlavə ediləcəyini bildirib.
Bu qərar, BMT və insan haqları təşkilatları tərəfindən sərt tənqid edilib. Beynəlxalq Əfv Təşkilatı bu qadağanı “ayrımçı və qeyri-insani” adlandırıb.