ABŞ prezidenti İranın nüvə probleminin diplomatik yolla həllini axtarır

Vaşinqton İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlməyə çalışır.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp cümə axşamı özünün Truth Social səhifəsində bildirib.
“Biz İranın nüvə probleminin diplomatik yolla həllinə sadiq qalırıq. Mənim bütün administrasiyasıma İranla danışıqlar aparmaq tapşırılıb”, – deyə o bildirib.
Tramp qeyd edib ki, İran böyük güc ola bilər, lakin o, ilk növbədə nüvə silahı əldə etmək ümidindən tamamilə əl çəkməlidir.