ABŞ Prezidenti: Qreta Tunberq kurslara yazılmalıdır

İsveçli iqlim fəalı Qreta Tunberq emosiyalarını idarə etməyi və əsəblərini nəzarətdə saxlamağı öyrənmək üçün kurslara yazılmalıdır.
“Report” xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti Donald Tramp deyib.
Ondan İsrail əsgərləri tərəfindən Tunberqin də olduğu “Madeline” gəmisinin saxlanması ilə bağlı vəziyyəti şərh etməsi istənilib:
“O qəribə insandır, gəncdir, qəzəblidir. Bunun əsl qəzəb olub-olmadığını bilmirəm. İnanmaq çətindir. Mən nə baş verdiyini gördüm. O, qətiliklə başqalarına bənzəmir. Düşünürəm ki, o, qəzəbi idarə etmə kursları almalıdır. Bu, ona ən böyük tövsiyəmdir”.