ABŞ Prezidenti Sudana əlavə qüvvələr göndərmək istəyir

ABŞ Prezidenti Sudana əlavə qüvvələr göndərmək istəyir

Sudandakı vəziyyətlə əlaqədar ABŞ dövlət qulluqçularının təhlükəsizliyini təmin etmək üçün Amerika əsgərləri Cibutidə qalacaq, lazım gələrsə əlavə qüvvələr bölgəyə göndərilməyə hazırdır.

APA xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Konqres liderlərinə diplomatların Sudan ərazisindən təxliyəsi üçün təyyarədən istifadə edilməsi ilə bağlı ünvanlanmış yazılı bildirişdə qeyd olunub.

Xatırladaq ki, Sudanda vəziyyət Suveren Şuraya da rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhan ilə xüsusi təyinatlıların rəhbəri Məhəmməd Həmdan Daqalo (Hamidti) arasında fikir ayrılığı səbəbindən gərginləşib. Aprelin 15-də Merov və Xartumdakı hərbi baza yaxınlığında bu iki struktur arasında toqquşma başlayıb. Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlər başlayandan bəri ölkədə 600-dən çox insan həlak olub. Ümumdünya Səhiyyə Təşkilatı 420 nəfərin münaqişə qurbanı olduğunu, 3,7 mindən çox insanın yaralandığını bildirib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + twelve =