ABŞ Prezidentinin keçmiş vəkilinin kitabı: Kohenin 15 yaşlı qızına Trampın gözü düşüb

ABŞ Prezidentinin keçmiş vəkilinin kitabı: Kohenin 15 yaşlı qızına Trampın gözü düşüb

Sizinyol xarici mediaya istinadən xəbər verir:

ABŞ Prezidentinin keçmiş vəkili Kohen kitabın xatirələrində Trampın əxlaqsızlığı barədə danışır və onun 15 yaşlı qızına gözü düşdüyünü bildirir.

Associated Press xəbər verir ki, bu kitabda 2012-ci ildə Trampın Nyu-Cersidəki Golf əyləncə mərkəzində baş verən xoşagəlməz bir səhnə təsvir edilib və Trampın Kohenin qızına pis gözlə baxdığı açıqlanıb. Tramp Kohenə “Qızın nə zaman bu qədər cazibədar oldu?” deyə sual verib.

Kohen Trampın ofisində işləyən qadınlarla pis rəftar etdiyini öz gözləri ilə gördüyünü yazır.

Britaniyanın “İndependent” qəzetinə görə Kohenin Tramp haqqında söylədikləri onun qadınlarla münasibətdə son illərdəki ictimai davranış tərzinə uyğundur.

Kohen əvvəllər ABŞ Prezidentini kitabının bəzi hissələrində korrupsiya və saxtakarlıqda günahlandırmışdı.

BBC-nin verdiyi məlumata görə, Kohen Donald Tramp adından iki qadına Trump ilə əxlaqsız münasibətləri barədə 2016-cı il seçki kampaniyası dövründə susması üçün pul verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 1 =