ABŞ PUA istehsalı ilə məşğul olan İranın 4 hüquqi və 1 fiziki şəxsinə sanksiya tətbiq edib

ABŞ PUA istehsalı ilə məşğul olan İranın 4 hüquqi və 1 fiziki şəxsinə sanksiya tətbiq edib

Birləşmiş Ştatlar İranda pilotsuz uçuş aparatları hazırladığına görə hüquqi və bir fiziki şəxsə sanksiya tətbiq etməkdə Avropa İttifaqına qoşulub.

Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

Onun yazılı açıqlamasında qeyd olunub ki, məhdudlaşdırıcı tədbirlərə “əvvəllər Amerikanın qara siyahısına daxil edilmiş “Rayan Roshd Afzar” şirkəti ilə əlaqəli dörd struktur, eləcə də İran Aviasiya Sənaye Təşkilatının rəhbərliyinin nümayəndəsi daxildir. Mətbuat katibinin sözlərinə görə, söhbət Aİ-nin “İranın Yaxın Şərqdə sabitliyi pozan davranışına və terroru dəstəkləməsinə görə sanksiyalar tətbiq etmək üçün yeni səlahiyyətlərin” ilk istifadəsindən gedir.

Qeyd edək ki, ABŞ İranı Yaxın Şərqdə terrorizmi dəstəkləməkdə ittiham edir. Tehran Vaşinqtonun bu cür ittihamlarını rədd edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 18 =