ABŞ PUA-ları Qəzzada girov axtarır

ABŞ-ın iki müşahidə PUA-sı bir həftədir Qəzza zolağında girovları axtarır.
Bu barədə “Röyters” anonim qalmağa üstünlük verən iki amerikalı məmura istinadən məlumat yayıb.
200-dən çox girov arasında 10 ABŞ vətəndaşının olduğu bildirilir. Onların HƏMAS-ın yeraltı tunellər şəbəkəsində saxlanıldığı güman edilir.