ABŞ PUA-sı Yəmən səmasında vuruldu

ABŞ PUA-sı Yəmən səmasında vuruldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Səri çərşənbə axşamı ABŞ-ın qabaqcıl kəşfiyyat PUA-nın Mərib əyalətinin əl-Cuba səmasında hədəfə alındığını bildirib.

Yəhya Səri verdiyi açıqlamada Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələrinin ABŞ istehsalı olan “Scan Eagle” casus pilotsuz təyyarəsini “uyğun silah”la hədəfə aldığını bildirib.

Bu, bir həftədən az müddətdə Maribdə vurulan ikinci qabaqcıl Amerika “Scan Eagle” pilotsuz təyyarəsidir.

Yəmən ötən şənbə günü də (dekabrın 4-də) Marib əyalətinin Əl-Cuba səmasında əməliyyat həyata keçirərkən Amerikanın eyni modelli pilotsuz təyyarəsini vurmağa müvəffəq olmuşdu.

Yəmən xəbər mənbələri bu ilin əvvəlindən Yəmən səmasında səkkiz pilotsuz təyyarənin izlənilərək məhv edildiyini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + fifteen =