ABŞ PUA-sı Yəmənin Məarib şəhərinə hücum etdi

ABŞ PUA-sı Yəmənin Məarib şəhərinə hücum etdi

Xəbər mənbələri ABŞ-a məxsus pilotsuz təyyarənin Yəmənin şimal-şərqindəki Məarib şəhəri üzərində Əl-Qaidə üzvlərinin olduğu motosikletə hücum etdiyini bildiriblər.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, dünən (14 dekabr) Əl-Qaidə yaraqlılarının Yəmənin cənubundakı müttəfiqləri olan BƏƏ qüvvələrinə (Abyən əyalətinin Lodər şəhərində) hücumundan sonra, xəbər mənbələri ABŞ PUA-sının Yəmənin mərkəzindəki Əl-Qaidənin iki üzvünün olduğu motosikleti vurduğunu bildirib.

Hücum Məarib vilayətinin Hassoun Əl-Cəlal bölgəsindəki bir motosikletin üzərində olan iki şəxsə qarşı edilib. Bölgə istefa verərək, qaçmış Hadi rejiminin (Ər-Riyadın müttəfiqi) və İslah Partiyası (Yəməndəki Müsəlman Qardaşların qolu) qüvvələri və yaraqlıları tərəfindən idarə olunur.

Məlumata görə, hücum nəticəsində motosikletdə olan hər iki şəxs ölüb. Əl-Qaidə yaraqlıları istefa vermiş Mənsur Hadi rejiminin və İslah Partiyasının nəzarətində olan, Məarib, Əl-Beyda, Şəbva ve Abyən vilayətlərində dağınıq şəkildə fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =