ABŞ Qərbin “hava-hava” raketlərinin MiQ təyyarələri ilə inteqrasiyasını araşdırır

ABŞ Qərbin “hava-hava” raketlərinin MiQ təyyarələri ilə inteqrasiyasını araşdırır

ABŞ ordusu Ukraynanın istifadə etdiyi MiQ təyyarələrində qabaqcıl “hava-hava” raketlərindən istifadə etməyi düşünür.

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti ABŞ Müdafiə Nazirliyinin iki əməkdaşına və başqa mənbəyə istinadən məlumat yayıb.

ABŞ rəsmiləri ABŞ istehsalı olan F-16-lar kimi Qərb qırıcıları üçün nəzərdə tutulmuş AIM-120 orta mənzilli “hava-hava” raketlərinin Ukrayna hərbçilərinin istifadə etdiyi MiQ təyyarələrində quraşdırılıb-quraşdırıla bilməyəcəyini araşdırır.

Bununla belə, “Politico”nun mənbələrinə görə, sistemlərin inteqrasiyasında bəzi texniki çətinliklər var.

Texniki çətinliklər aradan qaldırılsa, bu, ABŞ-ın Ukrayna aviasiyasına “hava-hava” tipli raketlərdən istifadəsinə ilk dəfə imkan verəcək.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − one =