ABŞ qoşununu Suriyadan çıxarmaq fikrində deyil
ABŞ Suriyadan qoşunlarını çıxarmaq fikrində deyil.
Bu barədə Pentaqondan bildirilib.
Pentaqondan verilən açıqlamada qeyd edilir ki, ABŞ-ın qoşunlarını guya Suriyadan çıxarılması planı ilə bağlı mediada yazılanlar yalandır.
Qeyd edək ki, bundan əvvəl “Foreign Policy” jurnalı Dövlət Departamenti və Pentaqonun dörd rəsmisinə istinadən ABŞ-ın qoşunlarını Suriyadan çıxarmaq üçün müzakirələr aparıldığını yazmışdı.