ABŞ Qrenlandiyadakı hərbi bazasını bərpa edir
ABŞ Arktikada Rusiya ilə rəqabət aparmaq üçün Qrenlandiyadakı “Tule” hərbi bazasını bərpa edir.
“Report” xəbər verir ki, bu barədə Danimarkanın “Danmarks Radio” məlumat yayıb.
Bildirilib ki, qlobal istiləşmə və “Arktika yarışı”na görə ABŞ Qrenlandiyanın “Inuksuk” şirkəti ilə “Tule” bazasının 12 il müddətinə istifadəsinə dair müqavilə imzalayıb.
Report.az