ABŞ quldurluğa davam edir
ABŞ rəhbərliyi terror qurbanlarına yardım fonduna köçürmək bəhanəsi ilə İranın BƏƏ-dəki hesablarından 7 milyon dollar geri çəkibAPA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Vaşinqtonun qənaətinə görə, bu vəsaitlər ABŞ sanksiyalarından yayınmaqla dünyanın müxtəlif hesablarına təxminən 1 milyard dollar köçürülməsi üçün hazırlanmış maliyyə sxemində istifadə olunub. Birbaşa geri çəkilən 7 milyon dollar BƏƏ-nin dövlət investisiya fondunda saxlanılırdı.
Həmin vəsait BƏƏ rəsmilərinin razılığı əsasında ABŞ tərəfindən müsadirə edilib.
“Bugünkü razılaşma bu müsadirə işinin həllinə icazə verir və həmin 7 milyon dollar vəsaitin ABŞ-ın lehinə ələ keçirilməsi təklif olunur”, – sənəddə belə deyilir.
Bundan sonra Alyaska ştat məhkəməsinin qərarı təsdiqləməsi lazımdır. Yalnız bundan sonra vəsait adıçəkilən fonda köçürüləcək.
islamtimes.org