ABŞ qüvvələri Eynül-Əsəd bazasından tamamilə geri çəkilib

ABŞ qüvvələri Eynül-Əsəd bazasından tamamilə geri çəkilib

İraqın Birgə Əməliyyatlarının sözçüsü bildirib ki, ABŞ döyüş qoşunları Eynül-Əsəd bazasını tərk edib və bir neçə gün ərzində Əl-Hərir bazasını da tərk edəcəklər.

İraqın Birgə Əməliyyatlar Komandanlığı ABŞ döyüş qüvvələrinin Əl-Ənbar əyalətindəki Eynül-Əsəd hava bazasından çıxarılmasını başa çatdırdığını açıqlayıb.

İraqın Birgə Əməliyyatlar Komandanlığının sözçüsü general-mayor Təhsin əl-Xəfaci deyib: “ABŞ-ın bütün döyüş qoşunları Eynül-Əsəd bazasından tamamilə çıxarılıb, yalnız planı İraq qüvvələri ilə məsləhətləşmək olan məsləhətçilər qalıb.”

O vurğulayıb: Ərbildəki Əl-Hərir bazasına gəlincə, Amerika döyüş qüvvələrinin oradan çıxarılmasını izləmək üçün yaxın günlərdə xüsusi təhlükəsizlik heyəti bu bazaya gedəcək.

Strateji danışıqlarda İraq və ABŞ arasında əldə olunan razılaşmaya əsasən, bütün xarici qoşunlar dekabrın 31-dək İraqı tərk etməlidir.

Daha əvvəl Centcom-un baş qərargah rəisi general Kennet Makkenzi statusunun qeyri-döyüşçüyə çevrilməsinə baxmayaraq, 2500 ABŞ əsgərinin yerləşdirildiyini, onların bir müddət İraqda qalacağını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =