ABŞ qüvvələrinin bombalaması nəticəsində 9 İraq hərbiçisi həyatını itirib
İraqın mərkəzi Babil əyalətinin şimalında yerləşən Cürf ən-Nəsr şəhərinin ərazisinə hava zərbələri endirilib.
Maide.Az “Farsnews”-a istinadla xəbər verir ki, bu barədə Al Mayadeen telekanalı mənbələrə istinadən bildirib.
Məlumata əsasən,ABŞ hərbi qırıcıları tərəfindən endirilən zərbələr İraq silahlı qüvvələrinin yerləşdiyi ərazi olub.
ABŞ ordusunun bombalaması nəticəsində İraq ordusundan 9 nəfər şəhid olub.
Bu bombardman nəticəsində Həşd əl-Şəəbi qüvvələrindən itki yoxdur.