ABŞ qüvvələrinin hədəf alınacağı vurğulandı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Nəsr əş-Şimri, İraqın Ən-Nücəba İslam Müqavimət Hərəkatının rəsmi sözçüsü, ABŞ işğalçı qüvvələrinin İraq torpaqlarında davamlı olmasına cavab olaraq, deyib: “ABŞ hərbiçilərini istənilən adda və və istənilən rütbədə olur olsun hədəfə alacağıq. Bu hərəkat üçün sıravi əsgərlə hərbi müşavirin heç bir fərqi yoxdur.”
O, belə qeyd edib: “Amerika tərəfinə bütün xarici qüvvələrin İraq ərazisindən çıxarılması barədə məlumat vermişik, amma amerikalılar bunun əksini edir və İraq hökumətinin xarici hərbi qüvvələrin qalmasını tələb etdiyini söyləyirlər. Bunu söylədiyim üçün üzr istəyirəm; Ancaq iki tərəfdən biri (İraq hökuməti ya ABŞ rəsmiləri) yalan danışır.”
Sonda Əl-Şimri belə əlavə edib: “Ən-Nücəba hərəkatın nəzərində məsələlər çox fərqli deyil və İraqın Amerika qüvvələrinə ehtiyacı yoxdur. Bu səbəbdən Amerika qüvvələrini istənilən adla olursa olsun müqavimət silahlarının hədəfi kimi qiymətləndirməyə davam etdiyimizi açıq şəkildə bildiririk.”