ABŞ rəsmisi ABŞ-ın Yəmənə xüsusi təyinatlılar göndərdiyini açıqlayıb

ABŞ rəsmisi ABŞ-ın Yəmənə xüsusi təyinatlılar göndərdiyini açıqlayıb

Pentaqon rəsmisi bildirib ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Liqasına dəstək məqsədilə Yəmənə xüsusi təyinatlılar göndərilib.

ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi Əl-Hurra TV-yə deyib:

ABŞ-ın Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya dəstək verən xüsusi təyinatlıları var. O, təhlükəsizlik baxımından əlavə təfərrüatları açıqlamayıb.

Londonda yerləşən Səba Demokratiya və İnsan Haqları Mərkəzinin rəhbəri bu xəbərə cavab olaraq yazıb: ABŞ öz qoşunları vasitəsilə Yəməndə birbaşa iştirak edir və Yəmən xalqına qarşı müharibədə muzdluları dəstəkləyir.

Bundan əvvəl Livanın “Əl-Əxbar” qəzetinin saytı ABŞ-ın Yəmən cəbhəsində Səudiyyə muzdlularının dəfələrlə məğlubiyyətindən sonra Ər-Riyaddakı rolunu gücləndirməyə çalışdığını bildirib.

Səna qüvvələrinin Mərib vilayətinin cənubundakı altı şəhəri nəzarətə götürməsi ilə Səudiyyə Ərəbistanı, ABŞ və İngiltərənin buradakı əyalət mərkəzinin süqut ilə bağlı narahatlıqları artıb.

 Mərib əyalət mərkəzinin süqutu ilə cənub əyalətlərində bu ölkələrin maraqlarını müdafiə edən cəbhə xətti ciddi təhlükə qarşısında qalacaq.

Beləliklə, Amerikanın Mərib döyüşünə daha çox nüfuz etməsinin səbəbi anlaşılır.

Vaşinqton Yəmənin devrilmiş və fərari prezidenti Mənsur Hadinin Məribdə baş verən ardıcıl məğlubiyyətlərinə son qoymağa çalışır, çünki bu prosesin davam etdirilməsi qondarma “Yəmənin qanuni hökumətinə” texniki zərbə vura bilər.”

Yəmən ordusu və xalq komitələri bu yaxınlarda Əmirliyin gəmisini ələ keçirib. Səudiyyə televiziyası daha sonra gəminin döyüş gəmisi deyil, yük gəmisi olduğunu iddia edib.

Ərəb işğalçı koalisiyası üçün avadanlıq və sursat daşıyan Rawabi gəmisinin yayımlanan foto və videolarında göyərtədə xarici koalisiya qüvvələrinin olduğu görünür.

Bəziləri bu şəxslərin BƏƏ və Yəmən qüvvələri ilə döyüşmək vəzifəsi daşıyan koalisiyaya bağlı muzdlu əsgərlər olduğunu fərz edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + thirteen =