ABŞ rəsmisi: Düşərgəmizə hücum əmri İrandan gəlməyib

ABŞ rəsmisi: Düşərgəmizə hücum əmri İrandan gəlməyib

ABŞ rəsmiləri Suriya-İordaniya sərhədindəki amerikan düşərgəsinə hücum əmrinin İran İslam Respublikası tərəfindən verilmədiyini elan ediblər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, CNN telekanalına müsahbə verən amerikalı rəsmilər bazar günü Suriya-İordaniya sərhəd zonasında yerəşən ABŞ düşərgəsinə hücum əmrinin İrandan verilməsinə dair heç bir faktın olmadığını elan edərək deyiblər ki, əlbəttə rəsmi Tehran bəzi qruplara maddi və hərbi dəstəyinə görə məsuliyyət daşısa da bazar günü baş verən insidentlə əlaqəsi və deskalasiya xarakterli olması üçün kifayət qədər fakt yoxdur.

Rəsmilərdən biri müsahibədə qeyd edib: Məncə bu hadisə deskalativ deyil və belə bir hücum 163 dəfə uğursuz olub və bu, 164-cü hücum uğurla başa çatdı. Əlbəttə İranın dəstəyi ilə edilən hücumlara bənzərliyi olsa da, İranın məsuliyyət daşıması üçün dəlil-sübut yoxdur. Bu əməliyyatın yeganə fərqi hücum edən dronun aşağı hündürlükdən uçması ilə havadan müdafiə sisteminin radarına düşməməsi, bu dronun hərəkəti ilə məmuriyyətdən qayıdan ABŞ dronu ilə səhv salınmasıdır.

Xatırladaq ki, yanvarın 28-də ABŞ-nin Suriya-İordaniya sərhədindəki hərbi bazasına dron hücumu olub və nəticədə 3 amerikalı hərbçi həlak olub, 25-ni yaralanıb. CNN daha sonra 34 hərbçinin yaralandığına aydınlıq gətirib.

Hücuma görə məsuliyyəti “Kətaib Hizbullah”, “Nücəba” və “İraqda İslami Müqavimət” qruplaşması öz üzərinə götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =