ABŞ rəsmisi İranın nüvə silahını bir neçə aya əldə edə biləcək gücdə olduğunu bildirib

ABŞ rəsmisi İranın nüvə silahını bir neçə aya əldə edə biləcək gücdə olduğunu bildirib

“İran nüvə silahını əldə etməyə ciddi şəkildə yaxınlaşıb.”

SalamNews xəbər verir ki, bu barədə “Reuters” Co Bayden Administrasiyasının adının açıqlanmasını istəməyən yüksək çinli bir rəsmisinə istinadla məlumat verib.

ABŞ rəsmisi bildirib ki, İrana nüvə silahını əldə etmək üçün çox qısa zaman lazımdır.

“Bu zaman qəbul edilməz dərəcədə qısadır. Bu təhlükəli və narahatedicidir. Söhbət aylardan gedir”, deyə ABŞ rəsmisi İranın yuxarı dərəcədə zənginləşdirilmiş kifayət qədər urana malik olduğunu bildirib.

Qeyd edək ki, ABŞ və digər Qərb dövlətlərinin oxşar açıqlamaları nüvə sazişinin bərpası ilə bağlı Vayanada aparılan danışıqları fonunda verilir.

İran İslam Respublikası ABŞ-ın nüvə sazişindən çıxması və İrana qarşı sərt sanksiyalara başlamasından sonra sözügedən sazişdəki öhdəliklərini azaldıb. Lakin ötən il İranın bəzi nüvə obyektlərinə qarşı təxribatlardan və bir nüvə aliminin terrora məruz qalmasından sonra, İran uranın zənginləşdirilməsini 60%-ə qaldırıb. İran həmçinin uran metalının istehsalını da başladıb. Əlavə edək ki, nüvə silahının hazırlanması üçün uranın 90-95 dərəcədə zənginləşdirilməsi kifayətdir. Bundan savayı İran digər obyektlərində nüvə silahının istehsalı üçün də yararlı olan “plutonium” və “ağır su”  məhsullarının istehsalı texnologiyasına malikdir.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + four =