ABŞ Rumıniyaya 129 yüngül zirehli maşın verib
ABŞ Dövlət Departamenti Rumıniyaya 129 yüngül zirehli maşının mümkün satışına icazə verib.
APA xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Agentliyin bəyanatına görə, Xarici İşlər Nazirliyi Rumıniya hökumətinə üzərində silah və müvafiq avadanlıqların quraşdırılmasına icazə verən 95 avtomobilin satışına icazə verib.
Avadanlıqların təxmini dəyəri 104 milyon dollardır.
Bundan əlavə, daha 34 belə maşının potensial satışı təsdiqlənib.
ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib.
Apa.az