ABŞ Rusiya diplomatlarının hərəkətinə yeni məhdudiyyətlər tətbiq edib
ABŞ rus diplomatlarının hərəkətinə yeni məhdudiyyətlər qoyub.
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin referentİ Sergey Leonidçenko bildirib.
Onun sözlərinə görə, 25 millik zonadan çıxmaq üçün bildiriş proseduru icazəli ilə əvəz edilib. Leonidçenko iddia edir ki, 2022-ci ilin dekabr ayından etibarən Rusiya Federasiyasının BMT-dəki Daimi Nümayəndəliyinin bütün əməkdaşlarına heç bir izahat verilmədən bu zonadan kənara hər hansı səfərdən imtina edilib.
Apa.az