ABŞ Şərqi Avropaya əlavə hərbi qüvvə göndərir – Bayden TƏSDİQLƏDİ
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Hərbi qüvvələrin göndərilməsi yaxın günlərdə baş tutacaq.
Polşada 2 min hərbçi, Rumıniya da daxil olmaqla NATO-nun cənub-şərq cinahında daha bir neçə min hərbçi yerləşdiriləcək.
“The Wall Street Journal”a görə, ABŞ NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində Almaniyadan Rumıniyaya minə yaxın hərbçi göndərəcək.
Publika.az