ABŞ: Səudiyyə Ərəbistanını İranla qarşı-qarşıya qoymaq üçün gücləndirdik
Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Vaşinqtonun Səudiyyəni İranla qarşı-qarşıya qoymaq üçün gücləndirdiklərini söyləyib.
Morgan Ortega “Arab News”a verdiyi müsahibədə Səudiyyə Ərəbistanının İrana qarşı özünü müdafiə etmək hüququna sahib olduğunu iddia edib:
“Səudiyyə Ərəbistanının və bölgədəki digər ölkələrin İranın silahlı qüvvələrinin önündə olduğunu bilirik və bu səbəbdən də İran qarşısında müttəfiqlərimizi gücləndirməyə çalışdıq”.
Dövlət Departamentinin sözçüsü, qarşıdakı ABŞ prezident seçkilərinin nəticəsindən asılı olmayaraq Riyad-Vaşinqton münasibətlərini strateji adlandırıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı ABŞ-ın bölgədəki hərbi texnika idxalçılarından biridir.