ABŞ Səudiyyə Ərəbistanını İsrail-Britaniya alyansına daxil etməyə çalışır

ABŞ İsrail və İngiltərə ilə birlikdə Səudiyyə Ərəbistanını Yəmənə qarşı ittifaqa daxil etmək üçün intensiv səylər göstərir. ABŞ Mərkəzi Komandanlığı general Maykl Erik Kurillanın Səudiyyə Ərəbistanına səfəri zamanı yüksək səviyyəli rəsmilərlə təhlükəsizlik təhdidləri və ortaq müdafiə strategiyalarını müzakirə etdiyini açıqlayıb.

ABŞ Yəmən əməliyyatlarına qarşı İsrail və İngiltərə ilə ittifaq yaratmaq səyləri çərçivəsində Səudiyyə Ərəbistanını bu koalisiyaya daxil etməyə çalışır.

Bu təşəbbüs Qəzza zolağında Fələstin xalqına dəstək verən Səna administrasiyasına qarşı bir addım kimi qiymətləndirilir.

ABŞ Mərkəzi Komandanlığından (Centcom) verilən açıqlamaya görə, komandir Maykl Erik Kurilla Səudiyyə Ərəbistanında Baş Qərargah rəisi general Fəyyaz bin Həməd əl-Ruveyli ilə görüşüb.

Görüş zamanı “ümumi təhlükəsizlik narahatlıqları, qarşılıqlı təhdidlərə qarşı mübarizəyə sadiqlik və qarşılıqlı fəaliyyətin vacibliyi” müzakirə edilib.

ABŞ-ın Yəmən kontekstində gərginliyi artırmasının başqa bir əlaməti Kurillanın Səudiyyə Ərəbistanı səfərindən əvvəl İsrailə getməsidir.

Mərkəzi Komandanlıq bildirib ki, Kurilla Yəməndən gələn Zakir bin Əzizlə Səudiyyə Ərəbistanında görüşüb.

Bəyanatda bildirilib ki, “regional təhdidlərə qarşı əməkdaşlığın və təhlükəsizliyin gücləndirilməsi səyləri” müzakirə edilərkən, xüsusilə “Qırmızı dəniz və Bab əl-Məndəbdə ticarət və hərbi gəmilərə hücumlar” mövzusuna diqqət yetirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + two =