ABŞ Səudiyyəyə yarım milyard dollarlıq idarəolunan raketlərin satılmasını nəzərdə tutub

ABŞ Səudiyyəyə yarım milyard dollarlıq idarəolunan raketlərin satılmasını nəzərdə tutub

Prezident Donald Trampın Administrasiyası Səudiyyə Ərəbistanına 478 milyon dollar dəyərində idarəolunan bombaların satılması haqda Konqresə məlumat verib.

İnterAz bu barədə SalamNews-a istinadla məlumat verir.

Tanınmış ABŞ qəzeti öz mənbələrinə istinadla bildirib ki, ABŞ hökuməti Səudiyyə Ərəbistanına təxminən yarım milyard dollar dəyərində 7500 ədəd “Paveway IV” idarəolunan bombanın satılışı haqda Konqresə məlumat verib.

ABŞ-da Qanunvericilik qurumlarındakı bir sıra qüvvələrin Səudiyyə Ərəbistanında insan hüquqlarının vəziyyətilə bağlı mülahizələrini nəzərə alaraq, bu silah müqaviləsinin müəyyən maneələrlə üzləşəcəyi təxmin edilir.

Donald Tramp Administrasiyası sözügedən silah müqaviləsini gələn ayın 20-ə qədər (hazırki prezidentin səlahiyyət müddətinin bitəcəyi zaman) həyata keçirməyə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 14 =