ABŞ saytı: İran Çinə 22 milyard dollarlıq neft ixrac edib

ABŞ saytı: İran Çinə 22 milyard dollarlıq neft ixrac edib

Vaşinqtonda yerləşən sağçı Free Bacon saytı İranın 2021-ci ildən bəri Çinə 22 milyard dollar dəyərində neft ixrac etdiyini bildirib.

Amerika xəbər saytı yazır ki, 2022-ci ilin ilk üç ayında İran Çinə gündə orta hesabla 829 260 barel neft ixrac edib.

Respublikaçı vebsayt əlavə edib ki, Tramp administrasiyasının devrilməsindən sonra Şərqi Asiya iqtisadi nəhənginə, təxminən 22 milyard dollar dəyərində ümumilikdə 337 milyon 882 min barrel İran nefti ixrac edilib.

Sayt həmçinin iddia edib ki, neft ixracı başqa ölkələrə məxsus olan 182 tankerdən istifadə etməklə həyata keçirilib.

13-cü hökumətin hakimiyyətə gəlməsi ilə və İrana qarşı sanksiyaların şərtlərində dəyişiklik olmamasına baxmayaraq, neft ixracı 40%-dən çox artıb.

Neft ixracının artması neft gəlirlərinin artmasına səbəb olub və neft naziri Cavad Ovcinin dediyi kimi, Neft Nazirliyi hökumətə ötən ilin büdcəsində nəzərdə tutulduğundan daha çox maliyyə vəsaiti daxil edib.

Ovci verdiyi müsahibəsində bildirib ki, 13-cü hökumətin Neft Nazirliyi 7 ayda 16,5 milyard dollarlıq yeni müqavilə imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − three =