ABŞ Senatı Ukrayna, İsrail və Tayvana maliyyə yardımının ayrılması ilə bağlı qanun layihəsini təsdiqləyib
ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,34 milyard dollarlıq yardım paketinin ayrılması ilə bağlı qanun layihəsini təsdiqləyib.
Senatda keçirilən səsvermə nəticəsində qanun layihəsi qəbul olunub.
Sözügedən qanun layihəsi Ukraynaya 60 milyard dollardan çox maliyyə vəsaiti ayrılmasını nəzərdə tutur.
Senatdakı səsvermədən sonra qanun layihəsi Nümayəndələr Palatasına göndəriləcək.