ABŞ senatoru: 22 milyon amerikalı qida problemindən əziyyət çəkir

ABŞ senatoru: 22 milyon amerikalı qida problemindən əziyyət çəkir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Vermont ştatının senatoru, bir twitter mesajında, ABŞ iqtisadiyatının koronavirusun yayılmasından sonrakı vəziyyətinə toxunaraq 22 milyon amerikalının qidasızlıqdan əziyyət çəkdiyini yazıb.

Vermont senatoru Bernie Sanders öz tvitter səhifəsində ABŞ-da artan yoxsulluq və işsizlik problemini tənqid edib.

O, belə yazıb: “On milyonlarla amerikalı epidemiya zamanı işini itirdi. 22 milyon amerikalı kifayət qədər qida tapa bilmir, amma bu gün ABŞ-da bəzi milyarderlər 1,3 trilyon dollar daha da zənginləşiblər. Bu bir saxta iqtisadiyyatdır.”

Bir neçə gün əvvəl Sanders, başqa bir tvitdə ABŞ-dakı ictimai bərabərsizliyi tənqid edərək belə yazıb: “Bu gün ABŞ-da fəhlə ailələrinin çətinliklə mübarizə apardığı bir zamanda bir çox zənginlərin daha da varlanması qəbuledilməzdir. Biz sərt qənaət siyasətini istəmirik və yalnız bir neçə nəfər üçün deyil, hər kəs üçün işləyən bir iqtisadiyyata ehtiyacımız var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + thirteen =