ABŞ SEPAH, Yəmən Ənsarullahı və Livan Hizbullahına qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ SEPAH, Yəmən Ənsarullahı və Livan Hizbullahına qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi bu ölkənin birtərəfli siyasətinin davamında Yəmən Ənsarullah Hərəkatına maliyyə dəstəyi bəhanəsi ilə bu hərəkata, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinə və Livan Hizbullahı Hərəkatına qarşı sanksiyalar tətbiq edib.

ABŞ-ın Maliyyə Nazirliyi 26 mart çərşənbə axşamı günü sanksiya siyasətlərinin davamında bildirib ki, husilərə (Yəmən Ənsarullah Hərəkatı), Livan Hizbullah Hərəkatına və İranın SEPAH Qüds Qüvvələrinə maliyyə köçürmələrini asanlaşdıran şəbəkəyə qarşı sanksiyalar tətbiq edib. ABŞ-ın yeni sanksiyalarına 6 qurum, 1 nəfər və 2 neft tankeri daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =