ABŞ SQ Yəməndə husilərə zərbə endirilib

ABŞ SQ Yəməndə husilərə zərbə endirilib

ABŞ və Böyük Britaniya qüvvələri Yəməndəki husi hədəflərinə yenidən zərbələr endirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“ABŞ Britaniya Silahlı Qüvvələri ilə birlikdə Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Niderland və Yeni Zelandiyanın dəstəyi ilə Yəməndə husilərin nəzarətində olan 18 hədəfə zərbələr endirib”, – məlumatda deyilir.

Komandanlığa görə, zərbələrin hədəfi raketlər, pilotsuz təyyarələr, hava hücumundan müdafiə sistemləri və radarlar da daxil olmaqla silah anbarları olub. Hədəflərdən biri helikopter olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =