ABŞ Suriyada yeni havadan müdafiə sistemləri yerləşdirib
ABŞ Suriyada nəzarətə götürdüyü “əl-Ömər” neft yatağından sonra daha bir yataqda havadan müdafiə sistemləri yerləşdirib.
Fəratın şərqində ABŞ-ın və separatçı kürd bölmələrinin nəzarətində olan Kuniko neft-qaz yataqlarına havdan müdafiə sistemləri cəlb edilib.
Bundan öncə ABŞ əl-Ömər neft yatağında da havadan müdafiə sistemləri yerləşdirmişdi.
Son aylarda Fəratın şərqində ABŞ və separatçı kürd bölmələri tərəfindən zəbt edilmiş neft yataqları və buradakı hərbi qüvvələr raket və PUA-larla hədəfə alınır.
Xatırladaq ki, bu bölgələr 2014-cü ildə Suriya hökumət qüvvələrinin nəzarətindən çıxıb və İŞİD tərəfindən zəbt edilib. ABŞ və dəstəklədiyi separatçı kürd bölmələri 2018 və 2019-cu illərdə bu bölgəni ələ keçiriblər. Suriya hökuməti buradakı yataqlardan neftin oğurlanması və qara bazara çıxarılması ilə bağlı bir neçə dəfə BMT-ə şikayət edib.
Salamnews