ABŞ Suriyadakı hərbi bazalarını “bir”ə endirəcək

ABŞ Suriyadakı hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə azaltmaq prosesinə başlayıb.
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Türkiyənin NTV telekanalına verdiyi açıqlamada , “Inherent Resolve” əməliyyatı çərçivəsində əsgərlərimizin sayında ciddi azalma var” dedi.
Barak, ABŞ-ın Suriyadakı bazalarının sayının səkkizdən beşə, sonra isə üçə endiyini bildirib və əlavə edib: “Yəqin ki, yalnız bir baza saxlayacağıq”.
Barak Suriyada təhlükəsizlik problemlərinin davam etdiyinə diqqət çəkərək, “Bölgə Colani rəhbərliyi altında hələ də ciddi təhdidlərlə üzləşir” dedi.
Koalisiya qüvvələrinin Suriyanın şimal və şərqində iki mühüm baza olan Koniko qaz qurğusu və əl-Ömər neft yatağından çıxarılması prosesi dünən sürətlənib.
Bundan əlavə, İraq sərhədinə yaxın Bağuz şəhərində kiçik bir polis bölməsi boşaldılıb.
“Koalisiya qüvvələri “Yaşıl kənd” kimi tanınan ərazidə əl-Ömər bazasında kiçik hərbi varlıq saxlayır”, – deyə səhra mənbələri əl-Əxbara bildiriblər .
Suriya İnsan Haqları Müşahidə Qrupu ABŞ-ın geri çəkilmə prosesinin mayın 18-də başladığını və son iki gündə sürətləndiyini açıqlayıb.
Pentaqon aprel ayında Suriyadakı Amerika hərbçilərinin sayını yaxın aylarda 1000-dən aşağı salmağı planlaşdırdığını açıqlamışdı.