ABŞ Suriyanın şimalında dəstəklədiyi milislərlə yenidən patrulluq fəaliyyətinə başlayıb

ABŞ Suriyanın şimalında dəstəklədiyi milislərlə yenidən patrulluq fəaliyyətinə başlayıb

Pentaqon çərşənbə axşamı günü ABŞ-ın Suriya Demokratik Qüvvələri kimi tanınan silahlı qrupla birlikdə Suriyanın şimalında patrul fəaliyyətini tam bərpa etdiyini açıqlayıb.

“Reuters” agentliyinin çərşənbə axşamı gecə yaydığı məlumata görə, bu patrullar Türkiyənin Suriyanın şimal bölgələrinə hücumlarından sonra dayandırılıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçən həftə çərşənbə axşamı Vaşinqtonda jurnalistlərə deyib:

Biz Türkiyənin Suriyada qeyri-sabitliyə səbəb olacaq və İŞİD-lə mübarizə səylərini zəiflədəcək istənilən hərbi əməliyyatına qarşıyıq.

Bir müddət əvvəl rəsmi türk mənbəsi bildirmişdi ki, Ankara ABŞ və Rusiyanın Suriyanın şimal bölgələrinə quru hücumundan imtina etməsi üçün şərtlər qoyub və onlara Vaşinqtonun dəstəklədiyi silahlı kürd qruplaşmalarını bu bölgələrdəki üç şəhərdən çıxarmaq imkanı verib.

Bu rəsmi türk mənbəsi adını çəkmədən deyib: Amerika və Rusiyaya “Suriya Demokratik Qüvvələri” (SDQ) kimi tanınan silahlı qruplaşmanın ünsürlərini “Mənbic”, “Tel-Rəfət” və şimalda “Ayn əl-Ərəb” kimi üç şəhərdən çıxarmaq imkanı verilib. “

Bu mənbə bildirib: Müddət uzadılmayacaq və SDQ elementlərinin bu üç şəhərdən çıxarılmasının alternativi hərbi əməliyyatdır.

Bu türk mənbəsinin məlumatına görə, Vaşinqton SDQ-nin (Suriya Demokratik Qüvvələri) strukturunun dəyişdirilməsini, həmçinin Türkiyənin etiraz etdiyi bəzi üzvlərinin çıxarılmasını təklif edib.

Noyabrın 20-dən Türkiyə ordusu Suriyanın şimal bölgələrinə hava və artilleriya hücumlarını gücləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Suriyada quru əməliyyatları keçirməyi nəzərdən keçirdiyini bildirib.

Suriyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsinin müavini Əl-Həkm Nadi Türkiyənin Suriyanın şimal-şərqinə hava hücumuna cavab olaraq vurğulayıb: Təhlükəsizlik Şurası Türkiyəni Suriya ərazilərinin qeyri-qanuni işğalına son qoymağa məcbur etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 1 =