ABŞ Ukraynadakı münaqişənin Polşaya keçməməsi üçün hər şeyi edəcək

ABŞ Ukraynadakı münaqişənin Polşaya keçməməsi üçün hər şeyi edəcək

Amerika Birləşmiş Ştatlar Ukraynadakı gərginliyin Polşaya keçməsinin qarşısını almaq və ABŞ hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcək.

“Report” xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin “ABC” televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Ukraynada qoşun yerləşdirmək niyyətində deyil:

“Biz hərbi personalımızı və polşalı tərəfdaşlarımızı qorumaq üçün əlimizdən gələni edəcəyik ki, münaqişə sərhədləri aşmasın. Bu, bizim nəzarət edəcəyimiz bir şeydir. Bunun qarşısını almaq üçün düzgün addımların atılmasını təmin etmək üçün diqqətli olacağıq”.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + one =