ABŞ Ukraynaya 5000-dən çox “Javelin” sistemi verdi

ABŞ Ukraynaya 5000-dən çox “Javelin” sistemi verdi

Amerika Birləşmiş Ştatları Ukraynaya 1400-dən çox hava hücumundan müdafiə sistemi, 5000-dən çox “Javelin” tank əleyhinə raket kompleksi və yüzlərlə “Switchblade” mərmiləri tədarük edib.

Lent.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Sənədində deyilir ki, mart ayında ABŞ Prezidenti Co Bayden tərəfindən təsdiqlənmiş iki hərbi yardım paketini nəzərdə tutan bütün tank əleyhinə və hava hücumundan müdafiə sistemləri çatdırılıb.

Qeyd olunur ki, fevralın 24-dən ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi həcmi 1,7 milyard dollar, 2021-ci ilin yanvarından isə 2,4 milyard dollar həcmində qiymətləndirilir.

Bundan əvvəl Ağ Evin sözçüsü Cen Psaki bildirmişdi ki, Ukrayna qüvvələri ABŞ və müttəfiqlərinin köməyi sayəsində hər bir rus tankı üçün 90 tank əleyhinə sistemə malikdir.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − six =