ABŞ Ukraynaya humanitar yardım üçün 50 milyard dollar ayırıb
ABŞ BMT-nin Ümumdünya Ərzaq Proqramı vasitəsilə Ukraynaya humanitar yardım üçün 50 milyard dollar ayıracaq.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib.
“Bu gün biz humanitar yardım üçün Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı vasitəsilə daha 50 milyard dollar ayıracağını elan edirik”, – deyə K.Harris Polşa prezidenti Andjey Duda ilə keçirdiyi mətbuat konfransında deyib.
Vitse-prezident vurğulayıb ki, ABŞ “Ukrayna xalqını dəstəkləyir”.
Trend.az