ABŞ və Avropa İran sazişi üzrə avqustun sonuna qədər vaxt qoyub

ABŞ və Avropa İran sazişi üzrə avqustun sonuna qədər vaxt qoyub

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Tehran sərt sanksiyalarla üzləşəcək.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı üç mənbəyə istinadən məlumat yayıb.

Nəşrə görə, ABŞ dövlət katibi Marko Rubio və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri telefon danışığı zamanı razılıq əldə ediblər. Əks halda üç Avropa ölkəsi BMT Təhlükəsizlik Şurasının 2015-ci il razılaşmalarına əsasən ləğv edilmiş sanksiyalarını yeniləyəcək mexanizm işə salmağı planlaşdırır.

2015-ci ildə İran, Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) imzalayıb və 2002-ci ildə Qərbin Tehranın nüvə silahı hazırlamaqda ittihamları ilə başlayan böhrana son qoyub. 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp sazişdən çıxdığını elan edib və İrana qarşı bütün sanksiyaları bərpa edib.

İran və ABŞ rəsmiləri 2025-ci ilin aprelindən may ayına qədər nüvə proqramı ilə bağlı beş raund məsləhətləşmələr aparıblar. İyunun 13-də İsrailin 12 günlük hərbi əməliyyata başlaması və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsi səbəbindən danışıqlar prosesi dondurulub. Böyük Britaniya, Almaniya və Fransanın nümayəndələri eyni vaxtda İran ilə danışıqlar aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + nine =