ABŞ və Böyük Britaniya aviasiyası Yəmənin Əl-Hədidə əyalətinə ağır zərbələr endirib
ABŞ və Böyük Britaniya aviasiyası Yəmənin Əl-Hədidə əyalətinə ağır zərbələr endirib
Amerika və Britaniya qırıcıları bir neçə dəfə Yəmənin Əl-Hədidə əyalətini hədəfə alıb.
Əl-Məsirə-yə istinadən xəbər verilir ki, ABŞ və İngiltərə bazar ertəsi gecə Yəmənin qərbindəki Əl-Hədidə əyalətindəki əraziləri 10 dəfə bombalayıb.
Amerika və Britaniya qırıcıları Ət-Təhitanın Əl-Fazə bölgəsini dörd dəfə hədəfə alıblar.
Bundan əlavə, ABŞ və İngiltərə Əl-Hədidə əyalətinin qərbindəki Əl-Cəbanə bölgəsini 6 dəfə bombalayıb.
ABŞ və Böyük Britaniyanın təcavüzkar koalisiyası sionist rejimin xeyrinə və Yəmən silahlı qüvvələrinin Qırmızı dənizdə və Babəl-Məndəb boğazında bu rejimin gəmilərinə qarşı uğurlu əməliyyatından sonra, Yəmənin müxtəlif bölgələrini dəfələrlə hədəfə alıb.