ABŞ və Britaniya husilərin Yəməndəki hədəflərinə yenidən zərbələr endirib
ABŞ və Britaniya husilərin Yəməndəki hədəflərinə iki hava hücumu həyata keçirib.
Bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, hava zərbələri Yəmənin cənub-şərqindəki Taiz əyalətinin Əl-Kənab bölgəsində yerləşən hədəflərə endirilib.
Ölən və yaralananlar barədə məlumat verilməyib.