ABŞ və Çin müdafiə nazirləri Sinqapurda görüşəcəklər

ABŞ-nin müdafiə naziri Lloyd Ostin gələn həftə Sinqapurda Çinin müdafiə naziri Don Tsun ilə görüşəcək.
Bu barədə Pentaqon məlumat yayıb.
Bildirlib ki, bu görüş Ostinin “Şranqli-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumu səfəri çərçivəsində baş tutacaq.
“O, həmçinin Hind-Sakit okean regionu ölkələrindən olan digər həmkarları ilə də ikitərəfli görüşlər keçirməyi planlaşdırır”, – Pentaqon qeyd edib.