ABŞ və Fransa hərbi gəmiləri bu gün Finlandiya sahillərinə yan alacaq

ABŞ və Fransa hərbi gəmiləri bu gün Finlandiya sahillərinə yan alacaq

ABŞ və Fransanın hərbi gəmiləri mayın 27-də Finlandiyanın paytaxtı Helsinki limanına yan alacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Hərbi Dəniz Donanması açıqlama yayıb.

“ABŞ Hərbi Dəniz Qüvvələrinin “Gravely və “Gunston Hall” aviadaşıyıcısı, eləcə də Fransanın “Latouche Treville” gəmisi mayın 27-30-da Helsinki limanında olacaq”, – məlumatda bildirilib.

Vurğulanıb ki, Almaniya Hərbi Dəniz Donanmasının “Sachsen” gəmisi mayın 25-də Xernesaari paytaxt limanına daxil olub.

Bildirilib ki, ABŞ, Almaniya və Fransa gəmiləri Finlandiya donanmasının NATO ölkələri ilə birgə keçirdikləri təlimlər fonunda Helsinki limanına daxil olur.

Xatırladaq ki, Finlandiya və İsveçin NATO-dakı nümayəndələri Klaus Korxonen və Aksel Vernxoff ölkələrinin quruma üzvlüyü ilə bağlı ərizəni mayın 18-də Alyansın Baş katibi Yens Stoltenberqə təqdim ediblər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 11 =