ABŞ və Fransanın Cənubi Qafqazda rolu… Zaxarovadan SƏRT SÖZLƏR
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Fransız və amerikalı həmkarların hər kəsi yalnız Cənubi Qafqazda sülhün əldə edilməsi maraqlarını rəhbər tutduqlarına inandırmaq cəhdləri, onların müntəzəm anti-Rusiya hücumları ilə rədd edilir. Bu cür addımları heç bir konstruktiv işə aid etmək olmaz.
Bu bəyanatlar onu göstərir ki, Vaşinqton və Parisin əsl istəkləri fürsətçi və siyasiləşmişdir, Rusiyanın mövqelərini sarsıtmağa yönəlib və region xalqlarının taleyi ilə bağlı narahatlıq onların planlarına açıq şəkildə daxil edilməyib”, – Zaxarova bildirib.
Publika.az