ABŞ və İsrail arasında Rəfahla bağlı danışıqlar aprelin 1-də baş tuta bilər

ABŞ və İsrail arasında Rəfahla bağlı danışıqlar aprelin 1-də baş tuta bilər

ABŞ və İsrail arasında İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində mümkün hərbi əməliyyatı ilə bağlı danışıqlar aprelin 1-də Vaşinqtonda baş tuta bilər.

Bu barədə mənbələrə istinadən “CNN” məlumat yayıb.

Qeyd olunub ki, əvvəllər ləğv edilmiş danışıqların bazar ertəsinə təxirə salınması təklifi İsrail nümayəndə heyətindən daxil olub.

Lakin son tarix hələ də təsdiqlənməyib.

“Yedioth Ahronoth” qəzeti mənbələrə istinadən məlumat yayıb ki, İsrailin baş naziri Benyamin Netanyahu hərbi kabinet üzvlərinə İsrail nümayəndə heyətinin gələn həftə Vaşinqtona gedəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 11 =