ABŞ və İsrail Rəfahda hərbi əməliyyata alternativləri müzakirə ediblər

ABŞ və İsrail Rəfahda hərbi əməliyyata alternativləri müzakirə ediblər

ABŞ və İsrail rəsmiləri Qəzza zolağının cənubundakı Rəfah şəhərində quru əməliyyatına alternativ variantları müzakirə ediblər.

Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bəyanata əsasən, Amerika tərəfdən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məsləhətləşmələrdə iştirak edib, İsrail tərəfini isə ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsahi Haneqbi təmsil edib.

Telefon danışığı zamanı tərəflər Qəzza zolağındakı vəziyyətə və HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi istiqamətində davam edən səylərə dair müzakirələr aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 9 =