ABŞ və Rusiya arasında nüvə silahlarının azaldılmasının davam etdirilməsinə dair ilkin razılaşma
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Bir Amerika mətbuatı məlumatlı mənbələrə istinadən, ABŞ və Rusiya danışıqları arasında iki ölkənin nüvə arsenalının azaldılmasının davamına dair ilkin razılığın olduğunu bildirdi.
IBC News veb saytı bu müqaviləni iki ölkə arasındakı yeganə silah sövdələşməsinin gələn il bitmədən qurtarmaq üçün Moskva-Vaşinqton səylərinin bir hissəsi kimi xarakterizə etdi.
İlk razılaşmanın iki ölkə arasında “Yeni Başlanğıc müqaviləsi”nin uzadılmasına səbəb olub olmayacağı hələ dəqiq bilinmir. Bu müqavilənin müddəti 2021-ci ilin fevralında başa çatır.
Mənbə bununla birlikdə prosesin yaxşı gedəcəyi təqdirdə ABŞ və Rusiya arasındakı razılaşmanın 3 Noyabrda keçiriləcək ABŞ Prezident seçkilərindən əvvəl elan edilə biləcəyini söylədi.
Tramp administrasiyasının vizionu Çinin də nəhayət bu anlaşmaya qoşulmasıdır.
ABŞ və Rusiya Prezidentləri Donald Tramp və Vladimir Putinin silah müqaviləsi imzaladıqları bildirilir, lakin danışıqlarda iştirak edənlər müqavilənin təsdiqlənməsi və ona əməl etmə şərtləri kimi detalları dəqiqləşdirməlidirlər.