ABŞ və Rusiya “təhlükəsizlik zəmanəti” və “Ukrayna işi” ilə bağlı Moskvada danışıqlara başlayıblar
ABŞ və Rusiya XİN rəhbərlərinin müavinləri müstəvəsində danışıqlar aparırlar.
SalamNews RT-ə istinadla xəbər verir ki, ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid bu gün Moskvada XİN-in binasında Rusiya rəsmisi Sergey Ryabkovla görüşüb.
Məlumata görə tərəflər bu danışıqları, Rusiyanın istədiyi “təhlükəsizlik zəmanətləri və “Ukrayna işi” ilə bağlı dialoq çərçivəsində başladıblar.
Görüşdə ABŞ-ın Moskvadakı səfiri Con Sallivan da iştirak edib.
Rusiya xarici işlər nazirinin müavini RİA Novosti-yə müsahibəsində ABŞ-ın Moskvanın özünün təhlükəsizlik zəmanəti tələbinə əməldə maraq göstərəcəyinə ümid etdiyini bildirib.
O, əlavə edib ki, Donfridlə görüşləri zamanı “təhlükəsizlik zəmanəti” ilə bağlı Moskvanın istəklərinin məntiqli olmasını qarşı tərəfə çatdıracaq.
Salamnews.org